Fransa səfirinin ABŞ-a qayıdacağı vaxt

Fransa səfirinin ABŞ-a qayıdacağı vaxt

Məsləhətləşmələr üçün Vaşinqtondan geri çağırılan Fransa səfiri gələn həftə ABŞ -a qayıdacaq. SİA xəbər verir ki, bu, çərşənbə günü Amerika və Fransa liderləri Co Bayden və Emmanuel Makron arasında telefon danışığından sonra məlum olub.

Həmçinin, Fransa səfirinin Vaşinqtona qayıtdıqdan sonra ABŞ-ın yüksək rütbəli rəsmiləri ilə sıx işlərə başlayacağı vurğulanır.

Xatırladaq ki, bir qədər əvvəl Fransa ABŞ və Avstraliyadan diplomatik nümayəndələrini geri çağırmışdı. Buna səbəb Kanberra ilə bir Fransız sualtı şirkəti arasında 56 milyard avro dəyərində olan müqavilənin pozulması idi.