ATƏT MQ Azərbaycan və Ermənistanın nazirlərilə danışıqları planlaşdırır

ATƏT MQ Azərbaycan və Ermənistanın nazirlərilə danışıqları planlaşdırır

Andrey Rudenko hesab edir ki, görüş iki ölkə arasında münasibətlərin normallaşmasının praktiki mərhələyə keçdiyinin müsbət işartısı ola bilər.

BAKI, 22 sentyabr - Sputpnik. Bu günlərdə Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) görüşü baş tuta bilər.

Bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.

Bundan başçqa, XİN rəsmisi həmsədrlərin Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşməsini də mümkün sayıb.

"Hazırda həmsədrlər Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində görüşməyi planlaşdırırlar: bir-birləri ilə, eləcə də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə. Əgər bu baş versə, iki ölkə arasında münasibətlərin normallaşmasının praktiki mərhələyə keçdiyinin müsbət işartısı ola bilər", - Rudenko deyib.

O xatırladıb ki, ATƏT MQ-nin rusiyalı həmsədri İqor Xovayev həm Bakıda, həm Yerevanda olub və bir sıra görüşlər keçirib.

Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Rusiya Federasiyasının Minsk qrupundakı həmsədrini avqustun 30-da qəbul edib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədəki cari vəziyyət, Azərbaycanın münaqişə sonrası mərhələdə həyata keçirdiyi tədbirlər, işğal faktorunun aradan qaldırılması ilə Ermənistanla beynəlxalq hüquq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasının mümkünlüyü, habelə qarşı tərəfin sərgilədiyi revanşist mövqeyin heç bir perspektivinin olmaması, tərəflərin yaranmış əməkdaşlıq imkanlarından faydalanmasının vacibliyi barədə məlumat verib.

Tərəflər üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, iyulun 30-da ATƏT-in Minsk qrupuna Rusiyadan yeni həmsədr təyin olunub. İqor Xovayev qurumda 2010-cu ildən etibarən ATƏT-in Minsk qrupunda Rusiya tərəfdən həmsədr olan İqor Popovu əvəz etməyə başlayıb.

Eləcə də oxuyun:

Fransa mövqeyini açıq elan etdi – Ermənistanın yanındayıq

Politoloq: “Biz bu məsələyə nöqtə qoymuşuq”

XİN: Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hansı statusdan söhbət gedə bilməz

Ceyhun Bayramov Minsk Qrupunun rusiyalı yeni həmsədrini qəbul edib

Politoloq: “Paşinyanın hazırda səsləndirdiyi bəyanatlar gecikmiş mesajlardır”