Alzheimer xəstəliyinə tutulma riski qan qrupu ilə bağlı ola bilər

Alzheimer xəstəliyinə tutulma riski qan qrupu ilə bağlı ola bilər

Hansı qan qrupu daha şanslıdır?

Daha əvvəl aparılan araşdırmalarda qan qruplarının ürək xəstəliklərindən tutmuş təfəkkür və yaddaş xəstəliklərinə qədər bir çox xəstəliklərlə bağlı olduğu müəyyən olunmuşdu. Ancaq Brain Research Bulletin-də dərc olunan bir araşdırma nəticələrnə görə, qan qrupu həm də Alzheimer kimi idraki xəstəliklərlə də əlaqəli ola bilər.

Sheffield Universitetində aparılan araşdırmada fərqli qan qruplarından olan 189 insan üzərində maqnetik skanlama tətbiq edərək beyinlərinin mərkəzlərində yerləşən boz maddələri araşdırılıb və nəticələr insanların qan qrupları ilə tutuşdulub.

Araşdırma nəticəsində 0 (I qrup) qan qrubuna sahip olan insanlarda boz maddə miqdarının digər qan qruplarından olanlara nisbətən daha çox olduğu aşkar edilib. Bəs bunun Alzheimer ilə əlaqəsi nədir?

Əvvəlki araşdırmalarda boz maddə miqdarının çox olmasının Alzheimer kimi xəstəliklərə qarşı müdafiə xarakterli olduğu ilə bağlı nəticələrə gəlinmişdi. Bu səbəbdən də 0 (I qrup) qan qrupuna sahib olan insanların A (II qrup), B (III qrup) və AB (IV qrup) qan qruplarından olanlara nisbətən daha çox Alzheimer xəstəliyinə yaxalanma riski daşığıdı ortaya çıxmışdı.

Məqalənin müəlliflərindən olan Matteo DeMarco gəlinən nəticələrə əsasən 0 (I qrup) qan qrubundan olan insanların Alzheimer kimi xəstəliklərə daha dözümlü olduğunu qeyd edib.