Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə koronavirusdan ölənlərin sayı artdı

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 232 nəfər ölüb.

Xeberoxu.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 27 663 nəfər COVID-19 infeksiyasına yoluxub, 30 824 nəfər isə sağalıb.