İsrail İrana ağır zərbələr üçün təlimlərə başlayır

İsrail İrana ağır zərbələr üçün təlimlərə başlayır

İsrail Hərbi Hava Qüvvələri (İAF) növbəti ilin əvvəlində İranın nüvə təsisatlarının vurulması ilə bağlı təlimlərə başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Bildirilib ki, Təl-Əviv son aylarda bununla bağlı hazırlıqları sürətləndirib.

“Vaşinqton-Tehran arasında 2015-ci ildə imzalanan razılaşmadan sonra İsrail İranın nüvə obyektlərinə hücum məsələsini ikinci plana atdı. ABŞ-ın 2018-ci ildə razılaşmadan çıxmasından sonra hərbi plan yenidən İsrail üçün gündəmə gəldi. Yeraltı nüvə obyektlərini vurmaq xüsusi silah-sursat və taktiki gedişlər tələb edir. İsrail HHQ mümkün hücumda İranın havadan müdafiə sistemləri ilə də mübarizə aparmalı olacaq”, - deyə məqalədə bildirilib.

Qeyd edək ki, bundan öncə İranın nüvə təsisatlarına hücum qabiliyyətinin artırılması üçün İsrail hökumətinin 5 milyard şekel (1,53 milyard dollar) ayırdığı iddia edilmişdi.