Bakıda PPX avtomobili qəzaya düşdü - VİDEO

Bakıda PPX avtomobili qəzaya düşdü - VİDEO

Bakıda Post Patrul Xidmətinin avtomobili qəzaya uğrayıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Bildirilir ki, hadisə Bakı Ağ Şəhər ətrafında baş verib. Qəza zamanı bir neçə avtomobilə ziyan dəydiyi bildirilir.

Hadisədən sonra PPX avtomobili evakuatorla ərazidən uzaqlaşdırılıb.