“Naxçıvanbank”ın xalis mənfəəti azalıb

“Naxçıvanbank”ın xalis mənfəəti azalıb

“Naxçıvanbank” ASC-nin xalis mənfəəti 2021-ci ilin 9 ayında (yanvar-sentyabr) 5 milyon 924 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 804 min manat və ya 11,9% azdır. Bank 2020-ci ilin 9 ayını 6 milyon 728 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalmasına Bankın bu il mənfəət vergisi ödəməsi səbəb olub.

Marja Bankın hesabatına istinadən xəbər verir ki, “Naxçıvanbank”ın əməliiyat mənfəəti ötən ilin 9 ayında 8 milyon 535 min manat ikən, bu ilin eyni dövründə 8 milyon 586 min manat təşkil edib.

30 Sentyabr 2021-ci il tarixində “Naxçıvanbank” 205 milyon 708 min manat cəmi aktivlərə malik olub. Bank 2020-ci ilin sonunda 298 milyon 578 min manat cəmi aktivlərə malik idi.

30 Sentyabr 2021-ci il tarixində “Naxçıvanbank”ən məcmu kapitalı 91 milyon 85 min manat təşkil edib.