“Youtube” Braziliya prezidentinə qadağa qoydu

“Youtube” Braziliya prezidentinə qadağa qoydu

“Youtube” videohostinq xidməti Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə yeni videolar yerləşdirmək imkanından məhrum edib.

Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti məlumat yayıb.

Bildirilib ki, COVID-19 haqqında tibbi xarakterli qeyri-dəqiq məlumatların yayılması ilə bağlı qaydaları pozduğuna görə Jair Bolsonaronun kanalından video silinib:

“Biz məzmunun yaradıcısının kim olmasından və onun siyasi baxışlarından asılı olmayaraq öz siyasətimizi ardıcıl şəkildə tətbiq edirik”, - videohostinqin administrasiyası bildirib.

Qeyd edək ki, “YouTube” xidməti koronavirusa qarşı peyvəndlə bağlı yalan məlumatları silir.