Sevda Yahyayevanın toyundan görüntülər - FOTO/VİDEO

Sevda Yahyayevanın toyundan görüntülər - FOTO/VİDEO

Dünən müğənni Sevda Yahyayevanın uzun müddətdir gözlənilən toy mərasimi baş tutub.

BAKU.WS xəbər verir ki, sənətçi ailə üzvlərini və yaxınlarını başına toplayaraq şəhərin dəbdəbəli məkanlarından birində təmtəraqlı toy edib.

Məclisə Sevdanın sənətçi həmkarları, o cümlədən Zakir bəyin iş yoldaşları da qatılıb. Toyun əsas aparıcısı Nəsib Nur olub.

Yahyayeva toyunda Türkiyədə hazırlanan iki gəlinlik geyinib.

Xatırladaq ki, bir müddət əvvəl Sevda və Zakirin nikah mərasimi olsa da, onlar pandemiya səbəbilə toy edə bilməmişdilər.