“Zəngəzur dəhlizinə tamamilə Azərbaycan nəzarət etməlidir” – Keçmiş nazir

“Zəngəzur dəhlizinə tamamilə Azərbaycan nəzarət etməlidir” – Keçmiş nazir

Yurd Partiyasının sədri, 57-ci Ecevit hökumətinin daxili işlər naziri Sadettin Tantan Turan agentliyinə müsahibə verib. “Yeni Sabah” müsahibəni təqdim edir:

- MDB-nin axırıncı zirvə iclasında Rusiya Federasiyasının prezidenti Vladmir Putin,Azərbaycana `sülhməramlı` qüvvələrin gəlməsinin faydalı olduğunu və 52 min erməninin geriyə qaytıdığını` dedi.Azərbaycanın təxminən 4 min kvadrat kilometr ərazisinə və Laçın sərhəd məntəqəsinə nəzarət edən Rusiya silahlı qüvvələri öz funksiyasını bitərəf şəkildə yerinə yetirirm?

- Hal-hazırdsa gördüyü işlərə,atdığı addımlara və verilən açıqlamalara baxaraq Rusiyanın Cənubi Qafqazda əldə etdiyi qazanclardan əl çəkəcəyini düşünmürəm. Türkiyə və Azərbaycan bu həqiqəti görür. Ancaq Azərbaycan ilə Ermənistan arasındakı silahlı münaqişəni bəhanə edən Rusiya həm Laçın dəhlizinin nəzarətə alaraq Azərbaycan torpaqlarına yerləşmiş və həm də 10 noyabrda imzalanmış sazişin İX maddəsinə görə, Zəngəzur dəhlizinə nəzarəti də öz kəşfiyyatının öhdəsinə vermişdir. Bu,Cənubi Qafqazı, Azərbaycanı, Türkiyəni və Oman dənizinə qədər olan bölgəni öz nəzarəti altında saxlamaq istədiyini göstərir. Rusiya silahlı qüvvələri və kəşfiyyat təşkilatının bölgədən çəkilməsi üçün Azərbaycan parlamenti vaxt itirmədən qərar qəbul etməli və prezident Əliyev o qərarı vaxt itirmədən imzalamalıdır. Türkiyə də oradakı silahlı qüvvələrini geri çəkərək Azərbaycan ordusuna hərtərəfli təlim verməlidir.

- MDB zirvə iclasında Ermənistan baş naziri Paşinyan `nəqliyyat dəhlizlərinin açılacağını və bundan Rusiya və İranın da səmərəli şəkildə istifadə edəcəyini` dedi.Belə olan halda Rusiya və Ermənistan daha çox qazanc əldə etmirmi?

- Zəngəzur dəhlizi istər Türkiyə,istərsə də Azərbaycan və Türk dünyası qıfıl xarakteri daşıyan bir bölgədir. Ora Türk torpağıdır. Oradan quru,hava və dəmiryolu nəqliyyatının açılması Türkiyədən Naxçıvana, oradan isə Türk dünyasına gedən yolun fəaliyyətə başlaması demək olacaqdır ki, Avropa ölkələri də bundan istifadə edə biləcəklər. Oraya tamamilə Azərbaycan nəzarət etməlidir.

- 10 noyabr sazişində Zəngəzur dəhlizinə nəzarətin Rusiya kəşfiyyatına verildiyi məlumdur.Bu barədə nə demək isrdiniz?

- Müharibəni bəhanə edərək Rusiyanın bir daha çıxmamaq şərtiylə Cənubi Qafqaza yerləşməsi, Çar Rusiyası dövründən bəri eyni siyasətin davam etdirildiyini göstərir. Qlobal bir qüvvə kimi Rusiya hakim olmaq istədiyi bölgələrdə öz mənafeyi naminə gücünü göstərir. Bu gün Dağlıq Qarabağ və Zəngəzur ətrafında cərəyan edən proseslər də bunu göstərir.

- 11 yanvarda Kremldə keçirilən Putin-Əliyev-Paşinyan görüşündən sonra Azərbaycan dövlət başçısı nəqliyyat koridorlarının açılması nəticəsində `Türkiyə bazarına da çıxa biləcəklərini` demişdi. Gəlinən mərhələdə iplərin böyük ölçüdə Rusiyanın əlində olduğunu görürük.Siz necə dəyərləndirirsiniz?

- Zəngəzur dəhlizi bölgənin hər baxımdan inkişaf etməsinə böyük töhfəsi olacağını düşünürəm. Dəhlizdən keçidlərdə məhdudlaşmalar tətbiq edilməyib Azərbaycan öz qədim torpaqlarına nəzarət etsə, bölgənin əhalisi də oradan uzaqlaşmaq yerinə refah içində yaşayacaqdır. Hər şeydən əvvəl, Rusiyanın oradan gediş-gəlişlərə nəzarəti məsələsinə yenidən baxılmasının lazım olduğunu düşünürəm.