Goranboyda YANĞIN - Xəsarət alan var

Goranboyda YANĞIN - Xəsarət alan var

Goranboy rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a bildirilib ki, hadisə rayonun Şəfibəyli kəndində qeydə alınıb.

Belə ki, hadisə nəticəsində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 60 m² sahədə, dam örtüyü 140 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.