Nyu Yorkda fövqəladə vəziyyət elan edilib

Nyu Yorkda fövqəladə vəziyyət elan edilib

Bakı. Trend:

ABŞ-ın Nyu York ştatında fövqəladə vəziyyət rejimi elan edib.

Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Keti Hokul bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi regionda gözlənilən leysan yağışları ilə əlaqədar tətbiq edilib:

Bildirilir ki, fövqəladə vəziyyət ştatın Bronks, Brum, Çenanqo, Delaver, Qrin, Kinqs, Montqomeri, Nassau, Nyu-York, Oranj, Otseqo, Patnem, Kuins, Riçmond, Roklend, Skenektadi, Şoxari, Saffolk, Sallivan, Tioqu, Olster, Vestçester və yaxınlıqdakı rayonlarda qüvvədə olacaq.

Qeyd edilir ki, leysan yağışları ştatın bəzi hissələrində daşqınlara səbəb ola bilər.