Bakıda bu yolda 7 kilometrlik TIXAC yarandı

Bakıda bu yolda 7 kilometrlik TIXAC yarandı

Bakı Hava limanı yolunda tıxac müşahidə olunur.

Lent.az-ın məlumatına görə, sıxlıq Suraxanı parkı, “Buta Palace” şadlıq sarayından başlayaraq, “Koroğlu” metrostansiyasına qədər təxminən 7 kilometri əhatə edir. Bu səbəblə nəqliyyat vasitələrinin və əksər marşrut xətlərinin hərəkətində gecikmələr yaranıb.

O cümlədən, hava şəraiti ilə bağlı olaraq, sözügedən yolda sürət həddi zolaqlar üzrə endirilib.

Qeyd edək ki, saat 08:15-dən etibarən yaranıb.