"YouTube" Braziliya prezidentinin kanalını bloklayıb

"YouTube" Braziliya prezidentinin kanalını bloklayıb

"YouTube" Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bloklayıb.

Metbuat.az-ın məlumatına görə, şirkət bildirib ki, bu, dövlət başçısı tərəfindən xidmətin qaydalarının pozulmasına görə edilib.

Qeyd edək ki, Jair Bolsonaronun kanalında vaksinlərin yoluxma riskini azaltmadığını və digər yoluxucu xəstəliklərə səbəb olduğunu iddia edən video yayımlanıb. Videohostinq xidməti COVID-19 haqqında qeyri-dəqiq məlumatların yayılması ilə bağlı qaydalara zidd olduğuna görə, prezidentin kanalını1 həftə müddətində bloklayıb.