Ölkə üzrə payız ağac əkini davam edir

Ölkə üzrə payız ağac əkini davam edir

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, bu gün ölkə ərazisində keçirilən ağacəkmə tədbirləri zamanı meşə və qeyri-meşə fondu torpaqlarında ümumilikdə 3,9 hektar ərazidə 7223 ədəd müxtəlif cinsli ağac əkilib.

“Payız ağac əkini başlayandan bu günədək ölkə ərazisində ümumilikdə 37,8 hektar ərazidə 45 423 ədəd müxtəlif cinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 5 hektar ərazidə 500 kiloqram toxum səpilib”.

V.Kərimov ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri bu nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.