Erməni snobizmi: otuz il boş yerə keçdi

Erməni snobizmi: otuz il boş yerə keçdi

Rusiyada nəşr edilən “Vzqlyad” qəzetində jurnalist Yevgeni Krutikovun maraqlı məqaləsi dərc edilib. Məqalədə Ermənistanın düşdüyü ağır və çıxılmaz vəziyyətinin əsas səbəbləri və s. məsələlər barədə diqqətçəkici fikirlər yer alıb. SİA həmin məqalənin tərcüməsini olduğu kimi təqdim edir.

Ermənistan öz mövcudluğunun mənasını itirib. Ermənilər 1990-cı ilin avqustunda müstəqillik bəyannaməsi qəbul ediblər – baltikyanıları hesaba almasaq, SSRİ-də birinci onlar olublar. Və onlar İttifaqın dağılmasında avanqard olublar, əgər aşağıdakı təşəbbüslər barədə danışarsaq: latışlar, litvalılar və estonlar nəyi isə gözləyərkən, ermənilər açıq şəkildə müstəqillik tələb edirdilər. Mərkəzdən çəkinən baltikyanılar İrəvanda baş verənləri ağıllarına belə gətirmirdilər. Bütün baş verənlərin əsas stimulu Qarabağ idi. Erməniləri Qarabağdan başqa heç nə narahat etmirdi. İttifaq rəhbərliyi bu münaqişədə birmənalı qaydada İrəvanın tərəfində dayana bilməzdi və İrəvan çıxışa doğru can atdı. 1991-ci ildə Ermənistanı təqribən milyon insan tərk edib, həmin 1991-ci ildə əhalinin ümumi sayı üç milyon yarım idi. Gedənləri anlamaq olar. Xatırlayanlar bilir – İrəvanda hər evin pəncərəsindən soba boruları tüstüləyirdi, hər avtoyanacaq yerində isə nöövbələr düzülürdü və klassik sual verilirdi: “Benzin çka (yoxdur)?”. “Çka” cavabı isə sərf etmirdi.

Sonra ikinci klassik sual gəlirdi: “Vaapşe çka?”. Hə, yoxdur. Hamısı Qarabağdakı tanklara gedib. Ermənistanın müstəqilliyi heç vaxt iqtisadi məsələ olmayıb. Bu, yaşamaq cəhdi məsələsi idi. İndi bütün nəslin üzərindən keçən otuz ildən sonra hər şeyə yenidən başlamaq lazım gəlir. 1990-cı ildə müstəqilliyin qazanılması üçün sayılan əsas uğur toza çevrildi. Birinci müharibədən sonra erməni cəmiyyətini əhatə edən snobizm uzun müddət erməni siyasətçilərinin qəribə təsəvvürlərini üzdə saxlayırdı ki, Minsk prosesi çərçivəsində, ya da başqa hər hansı danışıqlarda təsadüfi hərbi qələbənin nəticələrini qeydə almaq olar, yox əgər alınmazsa – yenisini qazanmaq lazımdır. Şuşanı özümüz aldıq, Ağdamı özümüz aldıq, Bakını da özümüz alacağıq. Əgər ruslar yardım etmək istəsələr – qoy etsinlər, ancaq ümumiyyətlə biz onlarsız da həll edərik – diaspora yardım edəcək. Belə bir məntiq var idi. Sonradan isə müstəqilliyi bəyan edənlərin uşaqları Hadrutda türk PUA-larının zərbələri altında həlak olurdular, hətta təhlükənin haradan gəldiyini anlaya bilmədən.

Anidən aydın oldu ki, 1990-cı illərin faciələri və nələrdənsə imtinası – hər şey boş şey imiş. Müstəqillik uğrunda mübarizələrdə əldə edilənlər rüsvayçılıqla atıldı. Günahkarlar isə bir çoxlarının təsəvvürlərində ruslar oldu. Hansı ki, otuz il onlara (ruslara-R.R.) deyirdilər ki, “özümüz həll edəcəyik”. Spyurka (diasporaya) olan ümidlər işləmədi. Cənubi Qafqazdakı güclərin bir neçə nöqtələr arasındakı balanslaşdırması cəhdi də özünü doğrultmadı: dərhal aydın oldu ki, ABŞ-n bu regiona xüsusi marağı yoxdur, Fransa başqa işlərlə məşğuldur, Türkiyədə isə əksinə, kifayət qədər entuziazm var. Həmin məqamda ermənilərin bütöv bir nəsli təhlükəsizlik hissi ilə böyümüşdü. İqtisadi ya da sosial təminat nöqteyi-nəzərindən deyil - bunun üçün onlar Rusiyaya gedirdilər, yəni Qarabağdakı “müdafiə dəhlizləri” hesabına. Ötən ilin 44 günü bu illüziyaları darmadağın etdi, Ermənistan üçün əsas olan təhlükəsizliyin özü isə əridi. Təhlükəsizlik hissi olmadıqda isə, istənilən düşmən əhatəsindəki müstəqillik bir qara qəpiyə də dəyməz. Bəli, otuz il boş yerə keçdi. Artıq elə bir zaman yetişib ki, onun mənası daha böyükdür – səhvlərini qəbul etmək və nəhayət – snobizmdən qurtulmaq. Ermənistanın dövlət olaraq “Qarabağ hər şeydir” mövqeyi onun dünyadakı reallıq təsəvvürləri təminatında yer almadı. Ancaq bu o demək deyil ki, Ermənistanın gələcəyi yoxdur – sadəcə onu yenidən düşünüb-qurmaq lazımdır.

Tərcümə etdi:

Rövşən RƏSULOV