Ərdoğan təlimat verdi, 10 ölkə geri çəkildi –

Ərdoğan təlimat verdi, 10 ölkə geri çəkildi –

ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Türkiyədəki səfirləri oktyabrın 18-də həbs edilmiş FETÖ-çü iş adamı Osman Kavalanın cinayət işi ilə əlaqədar birgə bəyanatla çıxış etmişdilər.

Teleqraf.com xəbər verir ki, bundan sonra sözügedən 10 ölkənin səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağrılmışdı.

Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğan Xarici işlər naziri Mövlud Çavuşoğluna sözügedən səfirləri “persona non-qrata” elan etmələri barədə təlimat verdiyi açıqlanmışdı.

Dünən Türkiyənin reaksiyasından sonra birgə açıqlama verən 10 səfir bu ölkənin daxili işlərinə qarışmayacağını bildirərək, geri addım atıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Kavala ilə bağlı geri addım atmasından sonra ilk dəfə açıqlama verib:

“Qlobal miqyasda qanunun aliliyini və insan haqlarını dəstəkləməyə davam edəcəyik. Bayden administrasiyası Türkiyə ilə ortaq prioritetlər üzrə əməkdaşlıq etməyə çalışır. Hər hansı bir NATO müttəfiqi kimi biz də anlaşılmazlıqları dialoq yolu ilə həll etmək üçün dialoqa davam edəcəyik. İnanırıq ki, irəliyə doğru ən yaxşı yol qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlıq etməkdir və bir çox məsələlərdə Türkiyə ilə ortaq maraqlarımızın olduğunu bilirik”.