“Apple Watch Series 7” artıq satışda — Fotolar

“Apple Watch Series 7” artıq satışda — Fotolar

Oktyabrın 22-də Azərbaycanda “Apple Watch Series 7” saatlarının rəsmi satışına start verilib. “Apple” saatlarının yeni modeli genişləndirilmiş displey, zərbəyə qarşı daha yüksək davamlılıq, super qısa müddətə enerji yığma bacarığı və digər üstünlüklərə malikdir.

Cümə günü rəsmi satışa çıxarılan “Apple Watch Series 7” baza modelinin qiyməti 1099 AZN təşkil edir.

Daha ətraflı məlumatı “Apple” şirkətinin rəsmi resellerləri olan “Alma Store”, “Kontakt Home”, “Irshad”, “Baku Electronics” və “Myshops”un mağazalarından və saytlarında əldə edə bilərsiniz.

“Apple Watch Series 7” saatları “Apple” şirkətinin 14 sentyabr tarixli təqdimatı zamanı ictimaiyyətə təqdim olunub. Bu modelin əvvəlkilərdən əsas fərqlərindən biri daha geniş displeyə malik olmasıdır: onun displeyi “Series 6”nın displeyindən təxminən 20%, “Series 3”ün displeyindən isə 50% daha böyükdür. Daha böyük displeydə daha çox informasiyanın yerləşməsi “Series 7” modelini gündəlik istifadə üçün daha rahat və praktiki edir. Məsələn, bu modeldə mətn oxuyarkən ekranı əvvəlkilərə nisbətən daha az çevirmək lazımdır.

Yenilənmiş enerji yığma sistemi sayəsində “Apple Watch Series 7” saatlarında enerjini 0%-dən 80%-dək artırmaq üçün cəmi 45 dəqiqə vaxt lazımdır. “Retina” displeyi artıq daim aktivdir – vaxta və ya digər məlumata baxmaq üçün daha ekrana toxunmağa ehtiyac yoxdur. O, əvvəlki kimi parlaqdır. Belə ki, həm qapalı, həm də açıq məkanlarda asanlıqla oxunur. Lakin artıq qapalı məkanlarda, bilək aşağı olduğu hallarda displey 70% daha çox parlaqlığa malikdir, bununla da bildirişləri əlləri qaldırmadan, hiss edilmədən yoxlamaq mümkündür.

Böyük displeyin üstünlüklərindən faydalanmaq üçün saatların istifadəçi interfeysi tamamilə yenilənmişdir. Düymələr daha da böyüdülmüşdür. Bundan başqa, saatın blokunu açmaq üçün şifrəni daxil edərkən, kalkulyatordan, saniyəölçəndən və ya taymerdən istifadə edərkən, yaxud “Narahat etmə” rejimini aktivləşdirərkən onları sıxmaq asanlaşdırılmışdır.

Bundan başqa, “Apple Watch” cihazında ilk dəfə olaraq mükəmməl QWERTY klaviaturası ərsəyə gətirilib. Mətn daxil etmək istədikdə ondan istifadə edə bilərsiniz. O, yazdığınız sözü əvvəlcədən duyaraq sizə variantlar təklif edir. Bundan başqa, “Apple Watch Series 7” indiyədək yaradılmış ən etibarlı saat modelidir. Üst şüşənin 50% qalınlaşdırılması onları son dərəcə dayanıqlı və cızıqlara qarşı dayanıqlı edir.

“Series 7” modelinin inqilabi yeniliyi qandakı oksigenin səviyyəsini ölçməyə imkan verən qurğudur. Bu, pandemiya şəraitində həyati əhəmiyyətli funksiyadır. Onun sayəsində həmçinin istənilən yerdə EKQ etmək mümkündür. Bununla da, bu saatlar bizə təkcə gündəlik həyatımızı idarə etməyə kömək etmir, həm də səhhətimizi izləməyə imkan verir.