Hertz şirkəti 100 min ədəd Tesla sifariş verəcəyini açıqlayıb

Hertz şirkəti 100 min ədəd Tesla sifariş verəcəyini açıqlayıb

Avtomobil icarəsi fəaliyyətilə məşğul olan Hertz şirkəti, 2022-ci ilin sonuna qədər 100 min ədəd Tesla sifariş verəcəyini açıqlayıb.

Marja xəbər verir ki, Hertz şirkəti avtomobil parkını elektrikli avtomobillər ilə yeniləyəcək.

Bloomberg, müqavilənin 4,2 milyard dollar dəyərində olduğunu yazıb.

Tesla Model 3s noyabr ayına qədər ABŞ-da və Avropanın bəzi şəhərlərində Hertz müştərilərinə təqdim ediləcək.

Hertz, ABŞ-ın məhəllələrində və hava limanları yaxınlığında minlərlə elektrikli avtomobil şarj cihazı quraşdırmağı da planlaşdırdığını açıqlayıb. Hazırda ABŞ və Avropada Tesla Model 3 üçün təxminən 3000 Tesla super enerji doldurma stansiyası var.

Tesla avtomobillərini icarəyə götürənlər, həmçinin elektrikli nəqliyyat vasitələrinin necə işlədilməsi barədə xidmətlər də əldə edəcəklər.

Hertz şirkəti Tesla avtomobillərinin qlobal parkının 20% -dən çoxunu təşkil edəcəyini bildirib.