Teslanın dəyəri 1 trilyon dolları keçib

Teslanın dəyəri 1 trilyon dolları keçib

ABŞ-ın elektrikli avtomobil istehsalçısı, milyarder Elon Maskın şirkəti Tesla daha bir rekorda imza atıb.

Marja xəbər verir ki, dünən şirkətin bazar dəyəri ilk dəfə olaraq 1 trilyon dolları keçib.

Avropada rekord satışlar və dünyanın ən iri avtomobil icarəsi şirkətlərindən biri olan Hertz Corporation-un gələn ilin sonuna 100 min ədəd yeni elektromobil sifariş edəcəyini elan etməsi Tesla-nın səhmlərini sürətlə bahalaşdırıb.

Ötən həftəsonu bir səhmə görə 903,32 dolları görən qiymət dünən günorta seansında 12% də bahalaşaraq, 1024 dollarda qərarlaşıb.

Bununla da, Tesla tarixdə indiyə qədər 1 trilyonluq bazar dəyərini ötən PetroChina, Apple, Amazon, Microsoft, Alphabet və Facebookdan sonra 7-ci şirkət olub.