Qubada 23 santimetr qar yağıb, temperatur mənfi 6 dərəcəyə düşüb

Qubada 23 santimetr qar yağıb, temperatur mənfi 6 dərəcəyə düşüb

Quba, 26 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Oktyabrın 25-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qubanın Qrız kəndində 23, Xınalıqda 16, Xaldanda isə 4 santimetr hündürlüyündə qar qeydə alınıb. Qusarın Yasab kəndinə 2, Xızının Altıağac qəsəbəsinə isə 1 santimetr hündürlüyündə qar yağıb.

Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 6 dərəcəyədək enib.