Külək çinar ağacını binanın üstünə aşırdı-Bakıda hadisə-FOTO

Külək çinar ağacını binanın üstünə aşırdı-Bakıda hadisə-FOTO

Gecə əsən güclü külək Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayış binasının qarşısındakı hündür çinar ağacını aşırıb.

Cebhe.info xəbər verir ki, ağacın aşması nəticəsində binanın 3-cü blokuna ciddi ziyan dəyib.

Qeyd edək ki, hadisə Elman Qasımov küçəsi, bina 18-də baş verib.

Vilayət Muxtar
Cebhe.info


Bizi Telegramda izləyin