Alen Simonyanı Kiprdə "isti" qarşıladılar

Alen Simonyanı Kiprdə "isti" qarşıladılar

Kiprdə Ermənistan parlamentinin sədri Alen Simonyanın səfərinə etiraz aksiyası keçirilib. Bu barədə Kiprdə yaşayan erməni Akop Qazançyan öz Facebook səhifəsində video yerləşdirərək yazıb.

“Ermənistan Parlamentinin sədri Alen Simonyanın Kiprə səfərinə etiraz aksiyası. Kipr erməniləri Alen Simonyanın və onun nümayəndə heyətinin Kiprə səfərini rədd etdilər”, - deyə istifadəçi yazıb.