Azərbaycan millisinin son oyunları üçün biletlər satışa çıxarılıb

Azərbaycan millisinin son oyunları üçün biletlər satışa çıxarılıb

DÇ-2022-nin seçmə mərhələsində Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq qarşılaşmasının, həmçinin Azərbaycan – Qətər yoldaşlıq oyununun biletləri bu gündən satışa çıxarılıb.

Metbuat.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar qarşılaşmaya stadionun azarkeş tutumunun 50%-i qədər azarkeş buraxılacaq.

Həm Lüksemburq, həm Qətərlə oyunun biletlərini iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.

Pandemiya ilə əlaqədar təması minimuma endirmək məqsədilə biletlər elektron formada təqdim ediləcək. Mobil tətbiq və ya veb-saytdan elektron bilet əldə etdikdə, həmin bilet alıcının e-mail ünvanına göndərilir və ya şəxsi kabinetində görünür.

Bilet satış məntəqəsindən bilet əldə etdikdə, elektron bilet alıcının e-mail ünvanına göndərilir, ehtiyac olarsa, A4 formatında çap edilib təqdim olunur. Oyun günü stadiona daxil olmaq üçün elektron bileti telefondan oxutmaq və ya A4 formatında çap edilmiş bileti təqdim etmək olar.

Qeyd edəl ki, Azərbaycan yığmasının Lüksemburqla oyunu noyabrın 11-də, Qətərlə matçı isə 3 gün sonra baş tutacaq.