Bakı məktəblisi kikboksinq üzrə Avropa çempionatında qalib gəlib

Bakı məktəblisi kikboksinq üzrə Avropa çempionatında qalib gəlib

Bakı məktəblisi Monteneqroda keçirilən kikboksinq üzrə Avropa çempionatında qalib gəlib.

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 49 nömrəli məktəb-liseyin XI sinif şagirdi Nihad Tağızadə 51 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. O, diplom, qızıl medal və kuboka layiq görülüb.

Qeyd edək ki, bu, Nihad Tağızadənin ilk uğuru deyil. O, kikboksinq üzrə 2019-cu ildə Macarıstanda keçirilən Avropa çempionatında II, Rusiyada isə I yeri tutaraq dünya kubokunun sahibi olub.