İngilis dilini öyrənmək problemi - Yaxşı dil kursu necə olmalıdır?

İngilis dilini öyrənmək problemi - Yaxşı dil kursu necə olmalıdır?

İngilis dili “Beynəlxalq ortaq dil” statusunu almış ilk dildir. Dünyanın bir sıra böyük dövlətlərində dövlət dili olmaqla yanaşı, milyonlarla insanın da ikinci dilidir. Arialı bu qədər geniş olduğuna görə İngilis dilinə olan tələbat da buna uyğun şəkildə çoxluq təşkil edir. İngilis dilinin tarixi erkən əsrlərə gedib çıxır. Etimoloji olaraq Hind – Avropa dil ailəsinə aid olan İngilis dilinin ilkin versiyası indiki halından tamam fərqlənir. Çox uzun müddətdə əsaslı şəkildə dəyişmiş bu dildə ilk yazılı material 9-10-cu əsrlərə aid olan epik əsər hesab olunur. Dəyişikliklərin səbəbi isə tarix boyunca baş verən daimi istilalardır.

Son bir neçə ildir ki, İngilis dili bilməyin vacibliyi dedikdə düşünülən səbəblərin siyahısı artıb. İngilis dilini bilmək artıq elə də nadir tapılan bacarıq sayılmır.

Xarici dil bilmək intellektimizə müsbət təsir etməklə bərabər daha böyük auditoriyaya xitab etmək şansı da yaradır. Siz cari savadınızı nümayiş etməklə yanaşı İngilis dilini bilməklə təhsilinizi xaricdə davam etdirə bilərsiniz.

Dünyanın qlobal dili olan İngilis dilini öyrənmək və bu dildə axıcı şəkildə danışmaq bir çox insanın arzusudur. İngilis dili öyrənməyin faydalarından nə qədər danışsaq az olar. Bu dil sizə dünyanın bütün qapılarını aça biləcək gücə sahibdir. Çünki bu dili öyrənməklə siz iş həyatında hər zaman öndə olmuş olursunuz və digər həmkarlarınızdan daha tez iş tapa bilirsiniz.

Yaxşı ingilis dili kursu necə olmalıdır?

Hazırki zamanda ingilis dili kurslari ətrafımızda addım başı rast gələcəyiniz məkana çevrilmişdir. Xüsusilə böyük şəhərlərdə sizə 0-dan başlayaraq 2 aya ingilis dilində danışacağınıza zəmanət verən kurslar belə var. İlk öncə onu qeyd edim ki, istənilən bir dil öyrənmək 2 ay ərzində öyrəniləcək qədər asan deyil. Əgər xarici dil öyrənmək məqsədiniz varsa, bunun üçün öz üzərinizdə mərhələli şəkildə çalışmalı, vaxtınızın müəyyən bir qismini bu işə xərcləməlisiniz. Bu işin başında da düzgün seçilmiş müəllim və kurs heyəti durur. Bunun üçün də bir sıra nüanslara fikir vermək lazımdır. Məsələn: İstənilən bir kursda qrup şəklində olan ingilis dili dərslərinə yazılırsınızsa ilk soruşacağınız sual qrupda neçə tələbənin olmasıdır.

İstənilən bir kursda qrup şəklində olan ingilis dili dərslərinə yazılırsınızsa ilk soruşacağınız sual qrupda neçə tələbənin olmasıdır. Əgər qrupda tələbə sayı 5-dən çoxdursa fərdi hazırlaşmaq daha məqsədəuyğundur. Çünki, müəllim az tələbəyə çox vaxt sərf etməklə bir fikri daha yaxşı mənimsədər, nəinki çox tələbəyə. Lakin bir nüansa da toxunmaq lazımdır ki, əgər ingilis dilinə 0-dan başlayırsınızsa, fərdi müəllimlə hazırlaşmağınız daha məqsədəuyğun olar.

Amma dili bilmə səviyyəniz “elementary” səviyyəsindən yuxarıdırsa, qrup dərslərə qatılmağınız sizin üçün daha faydalı olar. Bunun sizə əsas faydası odur ki, qrupda müəllimlə və digər tələbələrlə ingilis dilində diskussiyalar aparmaq dili mənimsəməkdə sizə fərdi dərsdən daha çox yardımçı olacaq.

Kursda müəlliminizin dərsi başa salma metoduolmalıdır. Kursda qeydiyyatdan keçməzdən əvvəl mütləq sınaq dərsində oturmalı və müəllimin dərsi necə izah etməyini müşahidə etməlisiniz. Əgər müəllimin dərsi izah etmə metodunu başa düşməkdə çətinlik çəkirsinizsə, çox sadə… Başqa müəllim axtarın.

Müəllimi seçərkən onun dərsdə qrammatikaya yoxsa danışığa üstünlük verdiyinə diqqət yetirin. Əgər dili danışıq üçün öyrənirsinizsə, qrammatikaya bir o qədər də vaxt sərf etməyin. Necə ki, Azərbaycan dilində tamamlığın vasitəli və vasitəsiz növlərini bilməyimiz danışığımızda elə də əhəmiyyət kəsb etmədiyi kimi, ingilis dilinin də qrammatikasını dərindən öyrənmək bizim danışığımızda bir önəm kəsb etmir. Sadəcə ingilis dilində qrammatik savadımızı artırır.