Binə qəsəbəsində yenidənqurma işləri gedir

Binə qəsəbəsində yenidənqurma işləri gedir

Paralel.az xəbər verir ki, paytaxtın Xəzər rayonu Binə qəsəbəsində yenidənqurma işləri aparılıb.

Qəsəbənin mərkəzi hissəsində 1000 nəfərədək əhalinin yaşadığı 16 blok və 240 mənzildən ibarət 2 bina əsaslı təmir olunub, damı izolyasiya olunaraq yenidən inşa edilib, yeni plastik pəncərələr quraşdırılıb və mərkəzləşdirilmiş antena sistemi qurulub.

Uzunluğu 2,2 km olan Məhəmməd Füzuli küçəsi, eləcə də məhəllə yollarına 17.145 kv.m asfalt vurulub və 2000 metr uzunluqda piyada səkiləri təşkil olunub. Yağış sularından qorunmaq üçün ümumilikdə 450 kub metr həcmində 3 beton rezervuar tikilib.

Atçılıq yaşayış massivində isə poçt şöbəsi və tibb məntəqəsi inşa olunur.
A. Nəsirli