Rusiyada daha 30 209 nəfərdə COVID-19 aşkarlanıb

Rusiyada daha 30 209 nəfərdə COVID-19 aşkarlanıb

Rusiyada son bir gündə daha 30 209 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 925 806 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 181 nəfər artaraq 286 004-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 637 861 nəfər sağalıb.