Sergen Yalçın "Beşiktaş"la yollarını ayırır

Sergen Yalçın "Beşiktaş"la yollarını ayırır

Türkiyənin "Beşiktaş" futbol komandasının baş məşqçisi Sergen Yalçın vəzifəsindən ayrılır.

Metbuat.az "NTV Spor"a istinadən xəbər verir ki, mütəxəssisin klubun prezidenti Ahmet Nur Cebi ilə görüşdə istefa ərizəsini təqdim edəcəyi bildirilir.

Qeyd edək ki, Sergen Yalçın "Beşiktaş"a 2020-ci ildə baş məşqçi təyin olunub. "Beşiktaş" UEFA Çempionlar Liqasının qrup mərhələsində xal toplaya bilməyib və avrokuboklarla vidalaşıb.