Mahirin komandasında ciddi itki

Mahirin komandasında ciddi itki
Depozit faizini öncədən al!

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Spartak"la (Moskva, Rusiya) matç öncəsi ciddi itki ilə üzləşib.

Day.Az Qol.az-a istinadən xəbər verir ki, komandanın əsas müdafiəçisi Filip Mladenoviç sıradan çıxıb. O, dizindən zədə alıb.

Bundan əlavə, digər müdafiəçi Artur Yendjeyçik görüşü cəzalı olduğuna görə buraxacaq. Komandanın futbolçularından Lirim Kastrati, Mattias Johansson və Rafa Lopez isə zədələrini sağaldaraq heyətə qayıdıblar.

Qeyd edək ki, bu gün keçiriləcək "Legiya" - "Spartak" qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.