Elçin Mirzəbəyli: Görülən işlər yaxın gələcəkdə Azərbaycan mediası üçün uğurlu nəticələrlə yekunlaşacaq

Elçin Mirzəbəyli: Görülən işlər yaxın gələcəkdə Azərbaycan mediası üçün uğurlu nəticələrlə yekunlaşacaq

Bu gün verilən qərarlar kompleks xarakter daşıdığı üçün hüquqi bazanın formalaşdırılması prosesini əhatə edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında siyasi şərhçi, Əməkdar jurnalist Elçin Mirzəbəyli deyib.

O bildirib: "Məlum oldu ki, bundan sonrakı proseslərdə ən müxtəlif istiqamətlər üzrə həm sahibkarlıq subyektləri, həm də medianın inkişafından başlamış peşəkarlığın artırılması və gənclərin bu prosesə cəlb olunması istiqamətində çoxsaylı tədbirlərin həyata keçirilməsi gözlənilir. Düşünürəm ki, həyata keçirilən islahatların nəticəsi yaxın müddətdə özünü büruzə verəcək. Həmçinin müsbət məqamlar da özünü göstərməkdədir. Çünki Azərbaycan mediasının faktiki olaraq keyfiyyəti artıb. Hər kəsə apardığı müşahidələrdən aydın ola bilər ki, daha geniş istiqamətdə fəaliyyətin ortaya çıxması və nəticələrin bilinməsi üçün zamana ehtiyac var. Fikrimcə, görülən işlər yaxın gələcəkdə Azərbaycan mediası üçün uğurlu nəticələrlə yekunlaşacaq”.