Brilliant Dadaşova: "İlhamə Quliyevanın qabağına qaçırdım, məni saymırdı" - VİDEO

Brilliant Dadaşova: "İlhamə Quliyevanın qabağına qaçırdım, məni saymırdı" - VİDEO

Xalq artisti Brilliant Dadaşova həmkarlarının ona qarşı səmimiyyətsiz münasibətindən danışıb.

BAKU.WS xəbər verir ki, "Günün sədası" proqramına qonaq olan sənətçi bəzi sənət adamlarının onu ünvanına sərt ittihamlar səsləndirdiyini və söz atdıqlarını bildirib:

"Indi oxuyanlar var, mənə söz atırlar, bilirlər ki, cavab verməyəcəm. Mənim haqqımda yalan fikir formalaşdırırlar. Bu yaxınlarda yazıblar ki, qaçırdım Brilliantın qabağına, məni saymırdı. Belə bir şey olmayıb. Sadəcə o, həmişə eşidib ki, mən demişəm İlhamə Quliyevanı sevirdim, qabağına qaçırdım, o məni saymırdı.

İndi bunu götürüb mənə edir. Salam Allahın adıdır. Mənim qabağıma heç tanımadığım bir adam da qaçsa, heç vaxt ola bilməz ki, salamını almayım. Elə adamlar var ki, onların mənə salam verməyindən qorxuram. Mənim atmosferimdə olmasınlar, bilirəm ki, pislik edəndirlər”.