Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İƏT Pİ-nin növbəti sessiyasında iştirak etmək üçün İstanbula gəlib

Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İƏT Pİ-nin növbəti sessiyasında iştirak etmək üçün İstanbula gəlib

Dekabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərinə gəlib.

İstanbul Atatürk hava limanında nümayəndə heyətini Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, TBMM-in Milli Məclislə dostluq qrupunun rəhbəri Şamil Ayrım və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclis sədrinin İƏT Pİ-nin sessiyasında çıxışı və tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.