Ermənistan parlamentində sərhədlə bağlı növbədənkənar iclas keçiriləcək

Ermənistan parlamentində sərhədlə bağlı növbədənkənar iclas keçiriləcək

Ermənistan parlamentində Azərbaycanla sərhədin demarkasiya və delimitasiyası ilə bağlı növbədənkənar iclas keçiriləcək.

“Qafqazinfo” “News.am”a istinadən xəbər verir ki, iclas dekabrın 15-i 12:00-da keçiriləcək.

Növbədənkənar iclas müxalif “Ermənistan” fraksiyasının təşəbbüsü əsasında baş tutacaq. İclasın gündəliyində isə yalnız bir məsələ - Azərbaycanla sərhədin demarkasiya və delimitasiyası var.