“Beşiktaş”ın baş məşqçisi istefa verdi

“Beşiktaş”ın baş məşqçisi istefa verdi

“Beşiktaş” baş məşqçisi Sərgən Yalçınla yollarını ayırıb.

Modern.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis vəzifəsindən istefa verib.

Bu gün “ağ-qaralar”ın məşqindən əvvəl futbolçularla görüşən çalışdırıcı ayrıldığını açıqlayıb. Komandanı məşqə köməkçi-məşqçi Murat Şahin çıxarıb. Rəhbərliklə də görüşən Yalçın istefa ərizəsini təqdim edib.

Qeyd edək ki, ötən ilin yanvarında “Beşiktaş”ın sükanı arxasına keçən Sərgən Yalçın 2020/21 mövsümündə komandaya Türkiyə çempionluğunu qazandırıb.