Omikron deltadan 4 dəfə sürətlə yayılır - Nişiura

Omikron deltadan 4 dəfə sürətlə yayılır - Nişiura

Koronavirusun omikron ştammı erkən mərhələdə deltanın Hindistan ştammından 4.2 dəfə tez yayılır.

Axar.az xəbər verir ki, bu nəticəyə yapon alimləri gəliblər.

Cənubi Afrikanın Qautenq əyalətinin sakinlərinin analizlərini təhlil edən Kioto Universitetinin professoru Xiroşi Nişiuranın sözlərinə görə, Omikron daha sürətlə ötürülür və təbii yolla və peyvəndlərin köməyi ilə yaranan immunitetdən qaçır.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın baş infeksionisti Entoni Fauci Omikron ştammının vaksinlərin təsirinə müqavimət göstərə biləcəyini demişdi.