İndiyədək minaya düşüb həlak olanların sayı açıqlandı

İndiyədək minaya düşüb həlak olanların sayı açıqlandı

10 noyabr 2020-ci il tarixdən hazırkı vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində ölən və yaralanan şəxslərin sayı açıqlanıb.

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, indiyə kimi 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub.

109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.