Tarix İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa

Tarix İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa

AMEA A.Bakıxanov adına Tarix İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa keçirilib. Əvvəlcə tədbirdə Ulu Öndərin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun Əliyevşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru Ədalət Qasımov məruzəsində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Ulu Öndərin Vətəninə, xalqına, Azərbaycan dövlətinə və ailəsinə olan sonsuz məhəbbətindən söz açıb. O, Ümummilli Liderin xalqımızın taleyində müstəsna yeri olan dahi bir şəxsiyyət olduğunu qeyd edib.

Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi dosent Leyla Hüseynova görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq və bərpa etmək uğrunda apardığı mübarizədən söz açıb. Faktlara istinad edən Leyla Hüseynovanın məruzəsi maraqla qarşılanıb.

İnstitutun şöbə müdiri dosent Hacı Həsənov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində həyata keçirdiyi tədbirlər nəticəsində minlərlə sadə insanın, o cümlədən özünün də ali məktəbə qəbul olmaq imkanı qazandığını minnətdarlıqla xatırlayıb.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.