“Böyük şəhərdə seks”in aktrisası uzun aradan sonra - Fotolar

“Böyük şəhərdə seks”in aktrisası uzun aradan sonra - Fotolar

“Böyük şəhərdə seks” serialının davamının premyerası ötən gün baş tutub.

Minval.info xəbər verir ki, qalada ekran işinin baş rollarını ifa edən aktyorlar Sara Cessika Parker, Kristin Devis, Sintiya Nikson, Kris Not qırmızı xalçaya çıxaraq obyektivlərin qarşısına keçib.

Qonaqlar arasında Saraya dəstək olmaq üçün onun həyat yoldaşı Metyu Broderik və oğlu 19 yaşlı Ceyms də qatılıb. Üç övlad böyüdən Sara və Metyu cütlüyü çox nadir hallarda ictimaiyyət arasında görünür. Paparatsilər uzun aradan sonra ailəni bir kadra salmağı bacarıb.

Nərminə Aydınqızı