Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin seminarında iştirak edən azərbaycanlı alim mükafatlandırılıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin seminarında iştirak edən azərbaycanlı alim mükafatlandırılıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşı Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən keçirilən beynəlxalq məktəb və seminarda iştirak edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd edilib ki, tədbirlərin sonunda Kimyəxanım Baxışovaya 2 sertifikat təqdim olunub. AEBA-nın Avstriyanın Vyana şəhərindəki Beynəlxalq Mərkəzində keçirilmiş nüvə təhlükəsizliyi beynəlxalq məktəbi və nüvə materiallarının fiziki müdafiəsinin konvensiyası seminarı Mariya Skadlovskaya – Küri təqaüd proqramının tələbələri üçün təşkil olunub.