"Fitch" Çin şirkətinin reytinqini "məhdud defolt" səviyyəsinə endirdi

"Fitch" Çin şirkətinin reytinqini "məhdud defolt" səviyyəsinə endirdi

Fitch reytinq agentliyi Çinin "Evergrande" tikinti və investisiya şirkətinin emitentin defolt reytinqini "C" (defolta yaxın) səviyyəsindən "RD"(məhdud defolt) səviyyəsinə endirib.

Marja.az xəbər verir ki, bu barədə cümə axşamı agentliyin saytında dərc olunmuş məlumatda deyilir.

Xarici valyutada emitentin uzunmüddətli defolt reytinqi həm ana şirkət "Evergrande" və onun törəmə şirkətləri "Hengda Real Estate Group" və "Tianji Holding Limited" üzrə də aşağı salınıb.

"Tianji Holding Limited" noyabrın 6-da 645 milyon dollarlıq istiqraz kuponları üzrə ödənişləri, dekabrın 6-da isə güzəşt müddəti bitdikdən sonra 590 milyon dollarlıq kuponları ödəmədikdən sonra agentlik şirkətlərin reytinqini dəyişib.

"Evergrande" kreditorlara borclarının ödənilməməsi, bir sıra tikinti sahələrində işlərin dayandırılması və əvvəlcədən satılan daşınmaz əmlakın təhvil verilməsində gecikmələr fonunda əhəmiyyətli maliyyə çətinlikləri ilə üzləşən tikinti və investisiya şirkətidir. Sentyabrın 14-də Evergrande, iki törəmə şirkətinin 934 milyon yuan (təxminən 145 milyon ABŞ dolları) öhdəliyini yerinə yetirmədiyini bildirib.

Bir borc öhdəliyinin yerinə yetirilməməsi defolt hesab olunur.