Türkiyə Moskvada keçirilməsi planlaşdırılan “3+3” formatlı görüşdə təmsil olunacaq

Türkiyə Moskvada keçirilməsi planlaşdırılan “3+3” formatlı görüşdə təmsil olunacaq

Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən tövsiyə edilən “3+3” formatlı görüşün dekabrın 10-da Moskvada keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı mətbuat açıqlamasında bildirilir.

Qeyd olunur ki, Azərbaycan, Ermənistan, Rusiya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək görüşdə Türkiyəni nazir müavini Sedat Önalın başçılığı ilə nümayəndə heyəti təmsil edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara