Ağcabədidə “Özünlə yarış” təlimi çərçivəsində gənclərlə görüş keçirilib

Ağcabədidə “Özünlə yarış” təlimi çərçivəsində gənclərlə görüş keçirilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyində “Özünlə yarış” təlimi çərçivəsində rayon gəncləri ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyini ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ləman Zeynalova tərəfindən keçilən təlimdə iştirakçılara “Özünü inkişafın əsas yolları”, “Maneələrlə qarşılaşdıqda özünü motivasiya”, “Özünə əminlik və özünü ifadə” ilə bağlı məlumatlar verilib. Təlim zamanı müxtəlif oyunlar və kiçik yarışlar da təşkil edilib. Gənclər əylənərək öyrənib, asudə vaxtlarını səmərəli keçiriblər.

Tədbir zamanı nümayəndəliyin direktoru Fuad Əliyev iştirakçılara fikirlərini bildirib, Nur Zeynalova, Zaur Bəkirov, Ayxan Mamedov, İlona Hüseynova, Şövkət Quliyeva və digər gənclərin sualları cavablandırılıb.