Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib

Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib

Azərbaycanın daha bir şahmatçısı qrossmeyster normasını yerinə yetirib.

AZƏRTAC xəbər verir ki, İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində uğurla çıxış edən təmsilçimiz Məhəmməd Muradlı əmsalını 19,9 punkt artıraraq qrossmeyster balını yığmaya müvəffəq olub.

Qeyd edək ki, turnirdə Azərbaycanı 3 şahmatçı təmsil edib. Belə ki, Məhəmməd Muradlı 6,5 xalla 8-ci yerdə qərarlaşıb. Digər təmsilçilərimiz Eltac Səfərli 6 xalla 14-cü, Aydın Süleymanlı 5,5 xalla 34-cü olublar.

Turnir İsveçrə sistemi üzrə keçirilib.