Azərbaycanda jurnalistlərin uzun illərdir ki, arzuladığı dekriminallaşdırma prosesi reallaşır

Azərbaycanda jurnalistlərin uzun illərdir ki, arzuladığı dekriminallaşdırma prosesi reallaşır

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə "Media haqqında” yeni qanun layihəsinin qəbulu ilə "Televiziya yayımı haqqında” və "KİV haqqında” qanunlar qüvvədən düşəcəyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, diffamasiya ilə bağlı da araşdırmalar gedir: "Bununla bağlı ciddi işlər görülür. Hazırda həmin sənəd hazırlıq mərhələsindədir".
"Cinayət Məcəlləsindən 147, 148, 148.1 (böhtan və təhqirə dair) maddələrin çıxarılması ilə bağlı işlər davam etdirilir”, - Ə.ismayılov bildirib.
Əməkdar jurnalist Elçin Mirzəbəyli AZXEBER.COM-a açıqlamasında bildirib ki, prosesin bütövlükdə qanunvericilik çərçivəsinə daşınması önəmli addımlardan biridir:
"Dekriminallaşdırma prosesi Azərbaycan mətbuatının çoxdan gözlədiyi bir məqamdır. Şübhəsiz ki, bu istiqamətdə konkret qanun qəbul olunmasa da, amma Azərbaycanda faktiki olaraq media sözə, fikirə görə insanların məsuliyyətə cəlb olunması prosesi uzun müddətdir ki, dayandırılıb. Bu istiqamətdə məhkəmə qərarları faktiki olaraq yoxdur və mahiyyət etibarı ilə yalnız cərimələr bir çox hallarda nəzərə çarpır ki, bu da təbii qəbul olunmalıdır. Media azadlığı heç də digər vətəndaşların azadlıqlarının məhdudlaşdırılması demək deyil. Amma indiki şəraitdə prosesin bütövlükdə qanunvericilik çərçivəsinə daşınması, təbii ki, Medianın İnkişafı Agentliyinin bu istiqamətdə həyata keçirdiyi önəmli addımlardan biridir. Belə bir qanunvericilik aktının qəbulu bütövlükdə media müsbət proseslərin inkişafına öz təsirini göstərəcək” Aydın Nuri