İranda ötən sutka 78 nəfər koronavirusdan ölüb

İranda ötən sutka 78 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 3 228 nəfər koronavirusa (COVID-19) yoluxub, 78 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 130 524 nəfərə, yoluxanların sayı isə 6 147 872 nəfərə çatıb. Virus daşıyıcılarından 3 169 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 950 425 nəfər koronavirusdan sağalıb, 39,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 109 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 58,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 48,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 1,97 milyon təşkil edir.