İki mülki şəxs minaya düşərək həlak olub

İki mülki şəxs minaya düşərək həlak olub

Paralel.az xəbər verir ki, Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları - İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən mina partlaması nəticəsində dünyasını dəyişiblər.

ANAMA-nın məlumatına görə, mülki şəxslər Daşaltıda sürpriz mina partlayışı nəticəsində həlak olublar.

Piyada əleyhinə minanın altına tank əleyhinə mina qoyulubmuş. Bu da daha güclü partlayışa və minaya düşənlərin ölümünə səbəb olur.
Akif Nəsirli