Xarici dillərin daha asan və dərindən öyrənilməsi üsulları təqdim edilib

Xarici dillərin daha asan və dərindən öyrənilməsi üsulları təqdim edilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və “Hight Result Academy” şirkətinin təşkilatçılığı ilə tələbələrə “Xarici dillərin və veb-proqramlaşdırma biliklərinin keyfiyyətli şəkildə öyrənilməsi” mövzusunda təlimlər keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Hight Result Academy”nin mütəxəssisləri Akif Həmişəzadə, Hekmat Amiri və Fəxriyyə İskəndərovanın apardığı təlimlərdə xarici dillərin daha asan üsulla və dərindən öyrənilməsi yolları, veb-proqramlaşdırmanın müasir tələblərə uyğun şəkildə mənimsənilməsi barədə məlumat verilib.

Tədbirdə tələbələrin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.