Rza Zərrab ABŞ-da dəbdəbəli həyatı ilə gündəmdə — Foto

Rza Zərrab ABŞ-da dəbdəbəli həyatı ilə gündəmdə — Foto

ABŞ-da yaşayan cənubi azərbaycanlı biznesmen Rza Zərrabın Mayamidəki yeni lüks həyatı və görünüşünün nəzərə çarpacaq dərəcədə dəyişməsi dünya gündəminin diqqətini cəlb edib.

“Qafqazinfo” xəbər verir ki, Zərrab Mayami şəhərində “Coconut Grove” adlı bölgədə “Miami Herald” qəzetinin müxbirlərinin obyektivlərinə tuş gəlib.

İddialara görə, Zərrab 3,6 milyon dollar dəyərində mənzildə yaşayır. Müxbirlər Zərrabın açıq havada gəzərkən mobil telefonunda yüksək səslə türkcə danışdığını, daha sonra “Cadillac” markalı avtomobilə minərək uzaqlaşdığını bildiriblər.

Bununla yanaşı, qəzet Zərrabın ABŞ-da at yarışlarının təşkilində iştirakından da bəhs edib və qeyd edib ki, Zərrab bu proseslərdə “Richard Ferrari” adı ilə iştirak edir.

Həmçinin Zərrabın dəbdəbəli at fermasına 300 min dollar dəyərində olan Sonata MF adlı at gətirdiyi və bu atın ölkə çempionu olduğu vurğulanır.

Rza Zərrabın yuxarıda qeyd edilən adlarla yanaşı, “Aaron Goldsmith” və “Richard Kaplan” adlarından istifadə etdiyi də bildirilir.

Eyni zamanda, onun İsveçrə istehsalı yüz minlərlə dollar dəyərində “Richard Mille” saatdan istifadəsi və xeyli arıqladığı da medianın diqqətindən yayınmayıb.

Qeyd edək ki, Rza Zərrab 2016-cı ildə İrana qarşı tətbiq edilən embarqoları pozmaqda ittiham edilərək ABŞ-da həbs edilib və 2017-ci ildə sərbəst buraxılıb.

O, türkiyəli müğənni Ebru Gündeşlə evli olub. Eks-cütlüyün Alara adlı bir qızı var.

Həmçinin oxuyun: Rza Zərrabın yeni həyatının detalları - Sevgilisi dəfələrlə polisə müraciət edib...