Boris Conson yenidən ata olub

Boris Conson yenidən ata olub

Böyük Britaniyanın baş naziri Boris Conson yeddinci dəfə ata olub.

AzVision.az “Sky News”a istinadən xəbər verir ki, Conson və həyat yoldaşı Kerrinin qız övladı dünyaya gəlib.

"Baş nazir və xanım Conson bu gün London xəstəxanasında sağlam qız övladlarının dünyaya gəlməsini elan etməkdən məmnundurlar", - açıqlamada deyilir.

May ayında məlum oldu ki, Conson və nişanlısı Kerri Saymonds gizli mərasimlə evləniblər, cütlüyün artıq bir övladı var. 2020-ci ilin aprel ayının sonunda onların Uilfred adlı oğlu olub. Consonun hüquqşünas Marina Uilerdən dörd övladı, sənətşünas Helen Makintayrdan isə qeyri-qanuni qızı var. Conson daha əvvəl altı uşağı olduğunu təsdiqləmişdi.

Pərvanə Sultanova